XƏBƏR LENTİ

21 Sentyabr 2020
20 Sentyabr 2020
19 Sentyabr 2020

Digər Xəbərlər

09 Mart 2016 - 11:07

Azərbaycan güləşçisi beşqatAvropa çempionu oldu

Azərbaycan güləşçisi Mariya Stadnik Riqada keçirilən güləş üzrə Avropa çempionatında qələbə qazanaraq 5-ci dəfə qitə birincisi olub.

Azərtac xəbər verir ki, Latviyanın paytaxtı Riqada güləş üzrə böyüklər arasında Avropa çempionatı start götürüb. Yarışların ilk günündə 57 və 86 kq çəkidə sərbəst, 48 və 63 kq çəkidə qadın güləşçilər mübarizə aparıb.

Qadın güləşi üzrə yığmamızın kapitanı Mariya Stadnik (48 kq) finala qədər bütün rəqiblərini mübarizədən kənarlaşdırıb. Əvvəlcə o, Ukrayna təmsilçisi Oleksandra Kogutu, ardınca Rusiya təmsilçisi Valentina İslamovanı, yarımfinalda isə Bolqarıstandan Elitsa Yakonvanı tam üstünlüklə məğlub edərək finala yüksəlib. Finalda güləşçimizin rəqibi Rumıniya təmsilçisi Emilia Vuc olub. Rəqibinə heç bir şans verməyən Mariya Stadnik növbəti dəfə Avropa çempionu adına sahib olub. Xatırladaq ki, Mariya bu günədək 4 dəfə (2008, 2009, 2011, 2014) Avropa çempionu, ötən il isə ilk Avropa Oyunlarının qalibi olub.