XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

21 Aprel 2020 - 22:45

“Nissan” 15 min əməkdaşını məzuniyyətə göndərir- Koronavirusa görə

Yaponiyanın avtomobil nəhəngi “Nissan”ın rəhbərliyi koronavirus pandemiyası ilə əlaqədar 15 min əməkdaşın məzuniyyətə göndərilməsi barədə qərar qəbul edib.

Azərtac Kyodo agentliyinə istinadla xəbər verir ki, həmin əməkdaşlar aprelin 27-dən mayın 1-dək işə çıxmayacaqlar. Bildirilir ki, məzuniyyətə şirkətin Yaponiyanın müxtəlif ərazilərində yerləşən zavodlarındakı menecment və texniki hazırlıq şöbələrinin mütəxəssisləri göndəriləcəklər.

Xatırladaq ki, hökumətin qərarına əsasən koronovirus təhlükəsi ilə əlaqədar aprelin 17-dən mayın 6-dək Yaponiyanın bütün ərazisində fövqəladə vəziyyət rejimi elan edilib.

Son məlumatlara görə Yaponiyada koronavirusa yoluxanların sayı təqribən 12 min nəfərə çatıb. Onlardan 276-nın vəfat etdiyi, 235 nəfərin vəziyyətinin isə çox ağır olduğu bildirilir.