Gürcüstan Daxili İşlər Nazirliyinin bir neçə əməkdaşı koronavirusa yoluxub.
Bu barədə ölkənin səhiyyə naziri Ekaterina Tikaradze brifinqdə bildirib.
Nazirin sözlərinə görə, koronavirus diaqnozu qoyulan polis əməkdaşlarının vəziyyəti təhlükəli deyil.
O bildirib ki, 20-yə yaxın həkimdə də COVID-19 infeksiyası aşkarlanıb.
E.Tikaradze Gürcüstan ordusunda koronavirusa heç bir yoluxma halının qeydə alınmadığını deyib/Report.