XƏBƏR LENTİ

21 Sentyabr 2020
20 Sentyabr 2020
19 Sentyabr 2020

Digər Xəbərlər

23 Aprel 2020 - 14:31

Teledərslərin sabaha olan qrafiki bəlli oldu –CƏDVƏL

“Mədəniyyət” və “ARB Günəş” kanallarında yayımlanan “Dərs vaxtı” verilişinin və peşə təhsili üzrə aprelin 24-ü üçün nəzərdə tutulan cədvəli açıqlanıb. 

Strateq.az xəbər verir ki, martın 11-dən başlayaraq Təhsil Nazirliyinin təşkilatçılığı ilə “Mədəniyyət” və “ARB Günəş” kanallarında “Dərs vaxtı” proqramının yayımına start verilib. Proqram çərçivəsində həftənin 5 günü teledərslər keçirilir. Teledərslər bütün sinifləri əhatə edir, dərs mövzularına dair qısa izah və təlimatlar təqdim olunur.

“Dərs vaxtı”na ekran qarşısında baxa bilməyənlər keçirilmiş dərsləri Təhsil Nazirliyinin rəsmi “Youtube” kanalı ilə yanaşı “Facebook” səhifəsindən, eyni zamanda “Təhsil” televiziyasının “Facebook” səhifəsindən, həmçinin Təhsil Nazirliyinin videodərslər portalından izləmək imkanı əldə edə bilərlər.