XƏBƏR LENTİ

18 Sentyabr 2020

Digər Xəbərlər

24 Aprel 2020 - 11:25

Bakıda avtobus qəzası baş verib –Ölən var

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə Binəqədi rayonu, Binəqədi qəsəbəsində qeydə alınıb.

Bakı şəhər sakini, 1964-cü il təvəllüdlü A. Məmmədovun idarə etdiyi “Daewoo” markalı avtobusla 1966-cı il təvəllüdlü N. Həsənovun idarə etdiyi “Mercedes” markalı avtomobil toqquşub.

Nəticədə minik avtomobilinin sürücüsü hadisə yerində ölüb.

Faktla bağlı Binəqədi rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 263.2-ci (yol-istismar qaydalarını pozma, zərərçəkənin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. (apa)