XƏBƏR LENTİ

26 Sentyabr 2020
25 Sentyabr 2020

Digər Xəbərlər

24 Aprel 2020 - 11:58

Gürcüstan 100-ə yaxın vətəndaşını Azərbaycandan təxliyə edəcək –XİN

Azərbaycanda olan 100-ə yaxın Gürcüstan vətəndaşı vətənə çatdırılacaq.

Bu barədə Gürcüstanın Xarici İşlər Nazirliyindən bildirilib.

Vətəndaşların Gürcüstana qayıtması bu ölkənin Azərbaycandakı səfirliyi və Gəncə şəhərindəki Baş konsulluğunun təşkilatçılığı ilə həyata keçiriləcək.

Gürcüstan vətəndaşları yaxın günlərdə avtobusla ölkəyə yola salınacaq. Sərhədi keçən kimi onların iki həftə ərzində karantində saxlanılması nəzərdə tutulub. (report)