XƏBƏR LENTİ

19 Sentyabr 2020
18 Sentyabr 2020

Digər Xəbərlər

24 Aprel 2020 - 18:49

“Neftçi”nin idman direktoru:"Komandada qalmaq istəməyən maaşını da almamalıdır"

“Əgər qərar verilsə ki futbolçular mövsümü klublarında başa vurmalıdırlar, müqavilə müddətini artırmaq onların borcudur”.

 

Bunu “Neftçi”nin idman direktoru Ceyhun Sultanov deyib.

Digər klublar kimi, “Neftçi”də də müqavilə müddəti iyunun sonuna qədər olan bir neçə futbolçu var. Koronavirus pandemiyası səbəbindən dayandırılan mövsüm həmin vaxta qədər yekunlaşmasa, oyunçular iyul ayından etibarən azad agent statusu daşıyacaqlar.

Ceyhun Sultanov bu baxımdan problem yaşamayacaqlarını düşünür: “Bəli, müqavilə müddəti iyunun sonuna qədər olan futbolçu həmin vaxtdan sonra ayrıla bilər. Amma onların insafına buraxsaq, hamısı mövsümü tamamlamaq istəyəcək. Bizdə müqavilə müddəti mövsümün sonuna qədər olan 5-6 futbolçu var. Onlarla razılığa gələcəyik, problem olmayacaq. Hələlik çempionatın başlamasını gözləyirik. Hər halda, bununla bağlı PFL-in də qərarı olacaq. Futbolçu mövsüm bitməmiş hara getsə, oynaya bilməyəcək. Buna görə qalıb komandasında mövsümü tamamlayacaq. Qalmaq istəməyən maaşını da almamalıdır”.

Qeyd edək ki, “Neftçi”də 4 əcnəbi futbolçunun – Baqali Dabo, Soni Mustivar, Vangelis Platellas və Vild-Donald Geryenin sözləşmə müddəti yaya qədərdir. (apasport.az)