XƏBƏR LENTİ

26 Sentyabr 2020
25 Sentyabr 2020

Digər Xəbərlər

24 Aprel 2020 - 17:45

“Misir Prezidenti Əbdül Fəttah əs-Sisinin Azərbaycana səfəri planlaşdırılır” – Səfir

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təklifi ilə  Qoşulmama Hərəkatına üzv ölkələrin liderlərinin “Yeni Koronavirus pandemiyasına (COVİD-19) qarşı mübarizədə Birlik” adı altında 4 May 2020-ci il tarixində videokonfrans formatında keçiriləcək Sammitində  Misir Ərəb Respublikasının Prezidenti Abdel Fattah Al-Sisi də iştirak edəcək.

Bu barədə Misirin Azərbaycandakı səfiri Adel İbrahim bildirib.

O Misirin Qoşulmama Hərəkatındakı tarixi və qabaqcıl rolunu,  xüsusilə də böhran dövrlərində çox şaxəli iş sisteminin və beynəlxalq həmrəyliyin dəstəklənməsinin vacibliyinə daim sadiqliyini vurğulayıb.

Səfiri qeyd edib ki, cari ilin ikinci yarısında Misir Ərəb Respublikasının Prezidenti Əbdül Fəttah əs-Sisinin Azərbaycana səfəri planlaşdırılır.

Diplomat bu səfərin Misir Prezidentinin Azərbaycan Respublikasına ilk səfəri olduğu üçün böyük əhəmiyyət kəsb etdiyini vurğulayaraq sözügedən səfərin vaxtına dair qərarın yeni koronavirus pandemiyasının (COVİD-19) yayılması ilə əlaqədar vəziyyətə uyğun olaraq daha sonra veriləcəyini diqqətə çatdırıb. (apa)