XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

25 Aprel 2020 - 11:20

Ülvi Mehdiyev:"ASAN Xidmət"in icazə sistemi vasitəsilə 780 minə yaxın şəxsə icazə verilib"

Karantin müddətində “ASAN Xidmət”in icazə sistemi vasitəsilə 780 minə yaxın şəxsə icazə verilib.

APA-nın xəbərinə görə, bunu Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev bildirib.

Onun sözlərinə görə, SMS icazə vasitəsilə aprelin 5-dən 25-dək 20 milyon SMS qəbul olunub: “Gün ərzində təxminən 1 milyon insan SMS icazə üçün müraciət edir. 700-800 min insan gündəlik SMS vasitəsilə icazə alır”.