XƏBƏR LENTİ

29 Sentyabr 2020
28 Sentyabr 2020

Digər Xəbərlər

25 Aprel 2020 - 17:06

Əksər rayonlarda yağış, dağlıq ərazilərdə qar yağıb- FAKTİKİ HAVA

Aprelin 25-i gündüzədək ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edib, əksər rayonlarda yağış, dağlıq ərazilərdə qar yağıb, bəzi yerlərdə intensiv olub.

Bu barədə APA-ya Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Qeyd olunub ki, düşən yağıntının miqdarı Astarada 15, Şərurda 11, Şahbuzda 10, Daşkəsən, Sədərəkdə 8, Lerikdə 7, Gədəbəy, Qəbələ, İsmayıllı, Şəki, Göygöl, Mingəçevir, Ağdərədə (Ordubad) 6, Ağstafa, Balakən, Oğuz, Zaqatala, Lənkəran, Yardımlı, Sarıbaş (Qax), Naxçıvanda 5, Tərtər, Yevlax, Kişçay (Şəki), Göytəpə, Ceyrançöldə 4, Tovuz, Bərdə, Göyçay, Beyləqan, Şəmkirdə 3, Gəncə, Şamaxı, Zərdab, Salyan, Biləsuvar, Xınalıq, Şahdağ, Naftalanda 2, Mərəzə, İmişli, Kürdəmir, Sabirabad, Cəfərxan, Neftçalada 1 mm olub.

Qar örtüyünün hündürlüyü Daşkəsəndə 22, Sarıbaşda (Qax) 20, Qrızda 11, Gədəbəydə 7, Kişçayda (Şəki) 4, Ağdərədə (Ordubad) 3, Göygöldə 2, Şahdağ, Xınalıqda 1 sm-ə çatıb.

Havanın temperaturu iqlim normasından 1-5 dərəcə aşağı olub, havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 11-14, Aran rayonlarında 10-15, dağlıq rayonlarda 0-3, Naxçıvan MR-da 8-14 dərəcə isti, havanın minimal temperaturu dağlıq rayonlarda 1-3 dərəcə şaxta, yüksək dağlıq ərazilərdə 8 dərəcə şaxta olub.