XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

26 Aprel 2020 - 10:41

İspaniya kubokunun finalı başqa şəhərdə keçirilə bilər

Futbol üzrə İspaniya Kubokunun 2019/20 mövsümünün final matçı Sevilyadan başqa şəhərə keçirilə bilər.

Bu barədə “Mundo Deportivo” nəşri bildirib.

Qeyd edilir ki, kubok uğrunda “Real Sosedad” və “Atletik” oynamalıdır. Əvvəlcə qəbul edilmiş qərara əsasən matç aprelin 18-də Sevilyada olmalı idi.

Məlumata görə, görüşün avqustun 5-də baş tutacağı gözlənilir. Matç koronavirus pandemiyasına görə tamaşaçısız keçiriləcək.

Beləliklə, “Real Sosedad” və “Atletik” matçının yaxın şəhərlərdən birinin stadionunda keçirilməsi gözlənilir. /Report