XƏBƏR LENTİ

30 Sentyabr 2020
29 Sentyabr 2020

Digər Xəbərlər

26 Aprel 2020 - 14:21

İranda koronavirusa yoluxanların sayı 90 min nəfəri keçib –Nazirlik rəsmisindən açıqlama

İranda 19 fevraldan bu günədək (26 aprel) 90 481 nəfər koronavirusa (COVID19) yoluxub.

Trend-in məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Kiyanuş Cahanpur deyib.

K.Cahanpurun sözlərinə görə, ötən 24 saat ərzində daha 1 153 nəfərin bu virusa yoluxması öz təsdiqini tapıb. Ümumilikdə virusa yoluxanlardan 3 079 nəfərin vəziyyəti ağır qiymətləndirilir.

Nazirlik rəsmisi ötən sutka ərzində daha 60 nəfərin koronavirusdan öldüyünü və İranda koronavirusdan ölənlərin sayının 5 710 nəfərə çatdığını deyib.

Cahanpur bildirib ki, İranda indiyədək 69 657 nəfər koronavirusdan sağalıb.

İranda indiyədək koronavirusun diaqnozu ilə əlaqədar 421 mindən çox test həyata keçirilib. /Trend