Bərdə rayonunda bir nəfərin ölümü, iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
Hadisə Yevlax-Bəhrəmtəpə avtomobil yolunun Bərdə rayonunun Göbər kəndi ərazisində qeydə alınıb.
“VAZ-2107” markalı avtomobili ilə “Nissan” markalı minik maşını toqquşub. Nəticədə “Nissan” sürücüsü ölüb. Hadisə zamanı həmçinin “VAZ-2107”nin sürücüsü və sərnişini ağır xəsarət alıb. Hər iki yaralı Bərdə rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır. /APA