XƏBƏR LENTİ

19 Sentyabr 2020
18 Sentyabr 2020

Digər Xəbərlər

27 Aprel 2020 - 11:16

Bakıda iki avtomobil toqquşub:ölən və yaralananlar var

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə Pirallahı rayonunda qeydə alınıb.

Rayon sakini, 1977-ci il təvəllüdlü Oleq Qarkavıyın idarə etdiyi “Hyundai Santafe” avtomobili ilə 1994-cü il təvəllüdlü Əlirza Dilavərovun idarə etdiyi “Ford Transit” markalı avtomobil toqquşub.

Nəticədə  “Hyundai Santefe” markalı avtomobilin sürücüsü ölüb, “Ford Transit” markalı avtomobilin sürücüsü Ə. Dilavərov, Ağstafa rayon sakini, 2002-ci il təvəllüdlü Elvin Hacıyev,  2002-ci il təvəllüdlü Sahil Qaçayev, Aleksandr Bıkovskiy xəsarətlərlə xəstəxanaya çatdırılıblar.

Faktla bağlı Cinayət Məcəlləsinin 263.2-ci (yol-istismar qaydalarını pozma, zərərçəkənin ölümü ilə nəticələndikdə) maddəsi ilə cinayət işi başlanıb. /APA