XƏBƏR LENTİ

30 Sentyabr 2020
29 Sentyabr 2020

Digər Xəbərlər

27 Aprel 2020 - 13:12

Azərbaycanda koronavirusa görə iki yeni xidmət istifadəyə verildi –Açıqlama

Heydər Əliyev Fondunun və Heydər Əliyev Mərkəzinin dəstəyi ilə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin “1542” Çağrı mərkəzinin iki yeni xidmət – psixoloji dəstək və poliklinik xidmətlərlə bağlı dəstək xətləri istifadəyə verilib.

Agentlikdən Strateq.az-a bildirilib ki, psixoloji dəstək xətti 3 istiqamətdə fəaliyyət göstərəcək:

– Tibbi heyət üçün psixoloji dəstək (COVID-19 xəstələri ilə çalışan tibbi heyət üçün onlayn psixoloji dəstəyin təmin edilməsi, krizis anında və ya tükənmişlik hiss etdiklərində onlayn qısa terapiya xidməti)

– İctimaiyyət üçün psixoloji dəstək

– Xəstələr üçün psixoloji dəstək