XƏBƏR LENTİ

27 Sentyabr 2020
26 Sentyabr 2020

Digər Xəbərlər

27 Aprel 2020 - 20:47

UEFA AFFA-nın hesabına pul köçürdü

UEFA koronavirusla mübarizə çərçivəsində quruma üzv olan 55 milli assosiasiyaya maliyyə yardımı edib.

Qurumun rəsmi saytı xəbər verir ki, ümumilikdə 236,5 milyon avro vəsait federasiyaların hesabına köçürülüb.

Bildirilib ki, məbləğ hazırkı xərcləri ödəmək və yerli futbolu inkişaf etdirmək məqsədilə assosiasiyalar arasında bölüşdürülüb.

Bununla yanaşı, qitə futbol qurumu bütün səviyyələrdə koronavirusun futbola mənfi təsiri fonunda hər bir assosiasiyaya öz prioritetlərini təyin etməyə icazə verib.