XƏBƏR LENTİ

30 Sentyabr 2020
29 Sentyabr 2020

Digər Xəbərlər

28 Aprel 2020 - 10:00

Yositake Yokokure:"Koronavirus peyvəndi tapılmasa, olimpiada üçün çətin olacaq"

Növbəti il Tokio Yay Olimpiya Oyunlarının təşkili koronavirus peyvəndi tapılmadığı təqdirdə çətin olacaq.

Bu barədə Yaponiya Həkimlər Assosiasiyasının rəhbəri Yositake Yokokura bildirib.

O deyib ki, effektiv peyvənd olmasa, olimpiadanı keçirmək çətin olacaq. Yokokure dərman və peyvədlərin hazırlanması üçün tələsməli olduqlarını sözlərinə əlavə edib: “Oyunların keçirilməməsini söyləmirəm, ancaq çətin olacağını deyirəm”. 

Qeyd edək ki, bu il 24 iyul – 9 avqustda keçirilməsi nəzərdə tutulan Tokio olimpiadası pandemiya səbəbindən 2021-ci ilə təxirə salınıb. Gələn yay iyulun 23-də start götürəcək yarış avqustun 8-dək davam edəcək/Report.