XƏBƏR LENTİ

25 Noyabr 2020
24 Noyabr 2020

Digər Xəbərlər

09 Mart 2016 - 15:18

Bu gün UEFA Çempionlar Liqasının daha ikidörddəbir finalçısı müəyyənləşəcək

14575210221415961466_1000x669

Bu gün UEFA Çempionlar Liqasında səkkizdəbir final mərhələsinin daha iki cavab görüşü oynanılacaq.

Azərtac xəbər verir ki, oyunlar Sankt-Peterburq və Londonda keçiriləcək. Rusiyanın “Zenit” komandası Portuqaliyanın “Benfika” klubu ilə qarşılaşacaq. Ev oyununda minimal hesablı qələbə qazanan “Benfika” cavab görüşünə üstünlüklə çıxacaq. Lissabon təmsilçisi heç-heçə və ya qələbə sayəsində adını növbəti mərhələyə yazdıracaq. “Zenit” isə səkkiz komanda arasına düşməsi üçün qapısından qol buraxmamaqla rəqibini məğlub etməlidir.

Gecənin mərkəzi matçında “Çelsi” Fransanın PSJ komandasını qəbul edəcək. İlk qarşılaşmada 1:2 hesabı ilə məğlub olan “zadəganlar” Kurt Zuma, Radamel Falkao və Con Terrinin xidmətindən yararlana bilməyəcək. Paris təmsilçisinin heyətində isə yalnız Serj Oryenin meydanda olmayacağı dəqiqdir. Marko Verratti və Blez Matüidinin oynayıb-oynamayacağı isə dəqiqləşməyib. PSJ səfərdə heç-heçə və qalibiyyətə ümid bəsləməklə, “Çelsi isə yalnız minimal hesablı qələbə ilə növbəti mərhələni sığortalamış olacaq.

Hər iki görüş Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.

Qeyd edək ki, səkkizdəbir final mərhələsinin daha dörd cavab oyunu martın 15-16-da keçiriləcək.