XƏBƏR LENTİ

19 Sentyabr 2020
18 Sentyabr 2020

Digər Xəbərlər

28 Aprel 2020 - 13:44

Səfirlik:"149 nəfər Birləşmiş Ərəb Əmirliklərindən Azərbaycana göndərildi"

Prezident İlham Əliyevin tapşırığı və Birinci vitse-prezident xanım Mehriban Əliyevanın nəzarəti ilə koronavirus (COVID-19) pandemiyası səbəbindən Birləşmiş Ərəb Əmirliklərindən ölkəmizə qayıtmaq üçün qeydiyyata düşən 317 nəfər Azərbaycan vətəndaşından vəziyyəti ən kritik olan 149 nəfəri BƏƏ-nin “Flydubai” kommersiya aviaşirkətinin təyyarəsi ilə bu gün Bakıya yola salınıb. 

Strateq.az xəbər verir ki, bu barədə Azərbaycanın Birləşmiş Ərəb Əmirliklərindəki səfirliyi məlumat yayıb.

Bildirilib ki, onlardan 15 nəfərinin təyyarə bileti dövlət hesabına ödənilib: “Azərbaycana yola salınan vətəndaşlardan ən ciddi ehtiyacı olan 75 nəfəri martın 22-dən etibarən Prezident İlham Əliyevin xüsusi tapşırığı və Dubaydakı Baş Konsulluğumuzun təşkilatçılığı ilə dövlətin ayırdığı vəsait hesabına Dubayın “Hampton by Hilton” otelində yerləşdirilib və onlar gündə iki dəfə yeməklə təmin olunublar.

Azərbaycanın Dubaydakı Baş Konsulluğu Vətənə yola düşən vətəndaşların sayının çox olmasını nəzərə alaraq, Dubay Beynəlxalq Hava Limanında onların qeydiyyat prosesinin sürətləndirilməsi və maneəsiz keçmələri üçün yerli qurumlarla sıx əməkdaşlıq edib.

Həmçinin BƏƏ-nin müvafiq dövlət orqanları vətəndaşlarımızın təxliyəsi prosesində səfirliyə və Dubaydakı Baş Konsulluğumuza hərtərəfli yardım edib. Vətəndaşlarımız təyyarəyə minməzdən əvvəl hava limanında xüsusi olaraq COVID-19 testindən keçiblər”.