XƏBƏR LENTİ

29 Sentyabr 2020
28 Sentyabr 2020

Digər Xəbərlər

28 Aprel 2020 - 15:24

Gürcüstanda koronavirusa görə kütləvi testə başlanıldı –Nazirdən açıqlama

Gürcüstanda koronavirusa görə kütləvi testlərin keçirilməsinə başlanılıb.

Bu barədə Gürcüstanın səhiyyə naziri Ekaterina Tikaradze bildirib.

O deyib ki, Marneuli, Bolnisi və Tetritsakro rayonlarında test yoxlamaları artıq aparılır: “Virusun yayılması ocaqlarının müşahidə olunduğu bütün digər regionlarda da kütləvi test həyata keçiriləcək”.

Nazir kütləvi testi tamamilə düzgün taktika adlandırıb.

E.Tikaradze qeyd edib ki, testlər xarici ölkələrdən gecikmə olmadan Gürcüstana çatdırılır/Report.