XƏBƏR LENTİ

26 Sentyabr 2020
25 Sentyabr 2020

Digər Xəbərlər

28 Aprel 2020 - 19:01

Fransa çempionatında 2019/2020 mövsümü ləğv olundu –Koronavirusa görə

Koronavirus pandemiyasına görə yarımçıq dayandırılan futbol üzrə Fransa çempionatında cari mövsüm davam etdirilməyəcək.

Bu barədə ölkənin baş naziri Eduar Filipp deyib.

O bildirib ki, ölkədə sentyabr ayına qədər bütün idman yarışları təxirə salındığından bu cür addım atılıb. Qərar Liqa 1-lə yanaşı, Liqa 2-yə də şamil olunub.

Fransa Futbol Federasiyasının may ayında iclas keçirəcəyi və avrokuboklara yollanacaq komandaları müəyyənləşdirəcəyi qeyd olunub.

Xatırladaq ki, Fransada liqalar martın 13-də dayandırılıb.