XƏBƏR LENTİ

19 Sentyabr 2020
18 Sentyabr 2020

Digər Xəbərlər

28 Aprel 2020 - 19:25

“Şamaxı yolu”nda avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb- Açıqlama

Moskva prospekti “Şamaxı yolu” adlanan ərazi istiqamətində avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib ki, Bakı-Sumqayıt yolunda aparılan yenidənqurma işləri çərçivəsində aprelin 28-29-da “20 Yanvar dairəsi”ndən “Şamaxı yolu” adlanan ərazi istiqamətində avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılır.

Alternativ olaraq sürücülər Ziya Bünyadov prospekti – Asif Məhərrəmov küçəsi, Ziya Bünyadov prospekti – “3-cü mikrorayon dairəsi” – Tbilisi prospekti və ya Ziya Bünyadov prospekti – “20 Yanvar dairəsi” – Müzəffər Həsənov küçəsi – Alatava istiqamətlərindən istifadə edə bilərlər(azərtac).