XƏBƏR LENTİ

24 Sentyabr 2020

Digər Xəbərlər

29 Aprel 2020 - 09:37

“Kanada pandemiya böhranının yarısını geridə qoyub” –Kanadanın Baş Naziri

Kanada hazırda koronavirus pandemiyasının yaratdığı böhranın yarısını geridə qoyub, lakin bütün məhdudiyyətləri qəti şəkildə qaldırmaq üçün hələ tezdir.

Bunu Kanadanın Baş Naziri Castin Trüdo xalqa gündəlik televiziya müraciəti zamanı deyib.

“Qəbul etdiyimiz tədbirlər öz işini görür. Ölkənin bəzi bölgələrində qrafiklər uyğunlaşdırılıb, lakin təhlükə hələ keçməyib. Kanada tarixində xalqın sağlamlığına təsir edə biləcək ən ciddi böhranın ortasındayıq”, – Trüdo belə deyib.

O, pandemiya səbəbindən tətbiq olunan məhdudiyyətlərin qəti şəkildə ləğvinin buna qədər əldə olunmuş müsbət nəticələrin itirilməsinə səbəb ola biləcəyini vurğulayıb. /APA