İsraildə koronavirus infeksiyasına yoluxma hallarının sayı 139 nəfər artaraq 15 728 olub, daha iki nəfər virusdan ölüb, ölənlərin ümumi sayı 210-a çatıb.
Bu barədə İsrailin Səhiyyə Nazirliyi məlumat yayıb.
Məlumata görə, ağır xəstələrin sayı 116 nəfərədək azalıb, onlardan 92-si süni tənəffüs aparatına qoşulub.
Gün ərzində 371 nəfər sağalıb, sağalanların ümumi sayı 7746 nəfər olub. /APA