XƏBƏR LENTİ

02 Oktyabr 2020
01 Oktyabr 2020

Digər Xəbərlər

29 Aprel 2020 - 17:14

Teledərslərin sabaha olan cədvəli açıqlandı –Detallar

Təhsil Nazirliyinin təşkilatçılığı ilə “Mədəniyyət” və “ARB Günəş” telekanallarında yayımlanan “Dərs vaxtı” verilişinin aprelin 30-u üçün nəzərdə tutulan cədvəli açıqlanıb.

Nazirlikdən Strateq.az-a verilən məlumata görə, Azərbaycan bölməsi üçün sabah saat 10:00-da Fiziki tərbiyə; 10:10-da IX sinif – Azərbaycan dili, Riyaziyyat, Fizika, Tarix; 10:55-də VIII sinif – Azərbaycan dili, Riyaziyyat, Fizika, Tarix; 11:40-da VII sinif – Azərbaycan dili, Riyaziyyat, Fizika, Tarix; 12:35-də VI sinif – Biologiya, İngilis dili, Coğrafiya, İnfromatika; 13:05-də IV sinif – Azərbaycan dili, Riyaziyyat, Həyat bilgisi; 13:35-də III sinif şagirdlərinə Azərbaycan dili, Riyaziyyat, Həyat bilgisi dərsləri, 14:05-də Məktəbdənkənar fəaliyyət olacaq.

Rus bölməsi üçün 14:20-də III sinif – Rus dili, Riyaziyyat, Həyat bilgisi; 14:50-də V sinif – Rus dili, Riyaziyyat; 15:05-də VI sinif – Biologiya, Coğrafiya, İnformatika; 15:35-də VII sinif şagirdlərinə Kimya, Biologiya, Coğrafiya, İnformatika dərsləri olacaq.