XƏBƏR LENTİ

22 Sentyabr 2020
21 Sentyabr 2020

Digər Xəbərlər

29 Aprel 2020 - 18:33

BNA yol və nəqliyyat təhlükəsizliyinin idarəetmə sistemini tətbiq edəcək

Bakı Nəqliyyat Agentliyi (BNA) idarəetmə sisteminin tətbiqinə dair keçirilən tenderin qalibini müəyyənləşdirib.

APA-Economics”in “Elektron satınalma” portalına istinadən verdiyi məlumata görə, tender komissiyasının qərarına əsasən, Agentliyin elan etdiyi tenderin qalibi “Azericert” MMC seçilib. Bu şirkətlə ümumi dəyəri 45 min manat təşkil edən müqavilələr imzalanıb.

Müqavilələrə əsasən, “Azericert” şirkəti tərəfindən BNA-da ISO 39001:2012 beynəlxalq standartının tələblərinə uyğun yol və nəqliyyat təhlükəsizliyinin idarəetmə sistemi tətbiq olunacaq.