XƏBƏR LENTİ

25 Sentyabr 2020
24 Sentyabr 2020

Digər Xəbərlər

29 Aprel 2020 - 20:47

“Marneulidə koronavirusun yayılma riski azalıb” –İcra başçısı

“Son 11-12 gün ərzində Marneulidə koronavirusun yayılması riski üzə çıxmayıb”.

Bunu rayonun icra başçısı Zaur Darğallı brifinqdə bildirib.

Onun sözlərinə görə, ötən gün Marneulinin Maradisi kəndində koronavirusa bir yoluxma halı təsdiqlənib: “Həmin şəxs bütün kənd sakinləri kimi özünütəcrid rejimində olub. O, heç kəslə təmasda olmayıb”.

Z.Darğallı qeyd edib ki, son göstəricilər rahatlanmağa əsas verməməlidir: “Bütün vətəndaşlar gündəlik olaraq müvafiq tövsiyələrə əməl etməlidirlər. Hamı anlamalıdır ki, bütün məhdudiyyətlər və qaydalar, ilk növbədə, onların sağlamlığı və təhlükəsizliyi üçün tətbiq olunur”.

Qeyd edək ki, indiyədək Marneulidə COVID-19 infeksiyasına 16 nəfər yoluxub. Onların 7-si artıq tam sağalıb/Report.