XƏBƏR LENTİ

29 Oktyabr 2020

Digər Xəbərlər

09 Mart 2016 - 16:27

Sürüşmə sahələri aktivləşib, bəziləri təhlükəlidir

surusme

Azərbaycanda qış aylarının, xüsusilə yazın başlanması ilə atmosfer yağıntılarının artması sürüşmə proseslərinin aktivləşməsinə səbəb olub.

Azərbaycan Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutunun direktor müavini Elbrus Əlizadə apa.az-a deyib ki, hazırda ölkədə sürüşmə proseslərinin nisbi fəallaşması müşahidə olunur. Onun sözlərinə görə, bu, xüsusilə İsmayıllı, Ağsu, Şamaxı, Xızı, Siyəzən, Şabran, qismən də Quba rayonlarına aiddir. Bu zonalar içərisində xüsusilə təhlükəli zona Şamaxı, İsmayıllı və Ağsudadır: “Şamaxı-Ağsu, Şamaxı-İsmayıllı, Muğanlı-İsmayıllı yollarının ətrafında sürüşmələrin daha çox fəallaşması müşahidə edilir. Bu, həm Qobustan qəsəbəsi ilə Şamaxı şəhəri arasındakı yola, həm də Muğanlı-Ağsu aşırımı hissəsinə aiddir. Son günlər orada Şərədil yaxınlığında baş verən sürüşmə sahəsi bir daha orada olan istirahət zonasına təhlükə yaratmaqla bərabər, həmin zonada sürüşmə sahələrinin xeyli fəallaşmasını göstərdi”.

Direktor müavini əlavə edib ki, aktiv sürüşmələr Xızı, Şabran, Quba rayonlarına da aiddir. Cənub bölgəsində sürüşmə sahələrində nisbi fəallaşma Lerik-Yardımlı yolu və ətraf sahələr, Yardımlı çökəkliyində müşahidə olunur.

Kiçik Qafqazda isə nisbi fəallaşma Gədəbəy, Daşkəsən və Goranboy rayonlarındadır.