XƏBƏR LENTİ

30 Sentyabr 2020
29 Sentyabr 2020

Digər Xəbərlər

30 Aprel 2020 - 17:32

UEFA:"Koronavirus DÇ-2022-yə təsir edə bilər"

“Düşünürəm ki, virus daha 2-3 il futbola təsir edəcək. Koronavirusla bağlı vəziyyət hazırkı durumdan daha ciddi şəkildə inkişaf edərsə, beynəlxalq təqvimdə mütləq problem olacaq”.

Bu fikirləri UEFA İcraiyyə Komitəsinin üzvü Lars-Krister Olsson “Reuters”ə açıqlamasında deyib.

70 yaşlı funksioner bildirib ki, bəzi çempionatlar növbəti ilə təxirə salınıb: “Qətərdəki dünya çempionatı Avropadakı mövsümünün ortasında keçirilməlidir, buna görə də daxili və beynəlxalq yarışların təqvimini sərtləşdirmək lazım olacaq”.

Qeyd edək ki, 2022-ci il dünya çempionatı 21 noyabr – 18 dekabrda Qətərin 5 şəhərindəki 8 stadionda keçiriləcək/Report.