XƏBƏR LENTİ

29 Sentyabr 2020
28 Sentyabr 2020

Digər Xəbərlər

30 Aprel 2020 - 18:24

İdarə rəisi:"Azərbaycanda məhkumlardan koronavirusa yoluxan olmayıb"

Azərbaycanda məhkumlar arasında yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxma halı qeydə alınmayıb.

Bu barədə Ədliyyə Nazirliyinin İnsan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Aynur Sabitova bu gün təşkil edilən onlayn mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, hərarəti olan məhkumlar koronavirus testindən keçirilib və onların heç birində virus aşkarlanmayıb.

A. Sabitova qeyd edib ki, Ədliyyə Nazirliyinin əməkdaşları və məhkəmə hakimləri arasında da koronavirusa yoluxma faktı qeydə alınmayıb/APA.