XƏBƏR LENTİ

18 Sentyabr 2020
17 Sentyabr 2020

Digər Xəbərlər

01 May 2020 - 09:43

Bakı Apellyasiya Məhkəməsinə yeni hakimlər təyin ediləcək –SİYAHI

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçiriləcək iclasında “Bakı Apellyasiya Məhkəməsi hakimlərinin təyin edilməsi haqqında” məsələ müzakirə olunacaq.

İclasda Ali Məhkəmənin hakimləri Vəfaddin İbayev, Akif İsgəndərov, Əli Seyfəliyev, Qürbət Əsgərovun vəzifələri dəyişdirilərək Bakı Apellyasiya Məhkəməsinin hakimləri təyin edilməsi haqqında məsələyə baxılacaq.

Bundan əlavə, Yasamal rayon Məhkəməsinin hakimi Ramin Qurbanov, Sabunçu rayon Məhkəməsinin hakimi Ziya Şirinov, Səbail rayon Məhkəməsinin hakimi Anar Tanrıverdiyev, Yasamal rayon Məhkəməsinin hakimi Emin Mehdiyev və Nizami rayon Məhkəməsinin hakimi Rəşad Həsənovun Bakı Apellyasiya Məhkəməsinin hakimləri təyin edilməsi məsələsi müzakirə olunacaq. (report)