XƏBƏR LENTİ

26 Sentyabr 2020
25 Sentyabr 2020

Digər Xəbərlər

01 May 2020 - 11:14

Azərbaycanda olan 700-ə yaxın Gürcüstan vətəndaşına kömək göstərilib –XİN

Gürcüstan hökuməti Azərbaycanda müvəqqəti olan və yaşayan 696 vətəndaşına kömək göstərib.

Bu barədə Gürcüstanın Xarici İşlər Nazirliyindən (XİN) bildirilib.

Gürcüstanın Azərbaycandakı səfirliyi 666 vətəndaşa yerində müvafiq dəstək göstərib. Ölkənin Gəncədəki Baş konsulluğunun vasitəsilə isə şəhərdə 30 Gürcüstan vətəndaşı kömək alıb.

Aprelin 30-na olan məlumata əsasən, Gürcüstan diplomatik nümayəndəlikləri vasitəsilə koronavirus pandemiyası dövründə xarici ölkələrdə olan 17 627 vətəndaşına kömək göstərib, 8 954 vətəndaşın isə vətənə təxliyəsi təmin edilib. (report)