XƏBƏR LENTİ

19 Sentyabr 2020
18 Sentyabr 2020

Digər Xəbərlər

01 May 2020 - 11:36

Ermənistanda koronavirus:ölənlərin sayı 33-ə çatdı

Ermənistanda daha 82 nəfərdə koronavirus aşkarlanıb, 1 nəfər virusdan ölüb.

Məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.

Ölən şəxs 27 yaşlı qadındır. Onda xroniki xəstəliklər də olub.

Beləliklə, Ermənistanda virusa yoluxanların sayı 2 148-ə yüksəlib.

Məlumata görə, ölkədə pandemiyadan ümumilikdə 33 nəfər ölüb.

Bundan başqa, indiyədək 977 nəfər koronavirusdan sağalıb.

Qeyd edək ki, aprelin 30-na olan məlumata görə, ölkədə bir gündə 134 yoluxma faktı, 2 ölüm qeydə alınmışdı. (report)