XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

01 May 2020 - 23:15

Dünyada koronavirusdan 55 jurnalist vəfat edib –PEC

Martın 1-dən etibarən dünyada yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxmuş 55 jurnalist vəfat edib.

Bu barədə “The Press Emblem Campaign” (PEC) qeyri-hökumət təşkilatı məlumat yayıb.

Bildirilib ki, vəfat edən jurnalistlər dünyanın 23 müxtəlif ölkəsindəndir.

Qeyd olunub ki, jurnalistlər xəstəxanalardan material hazırlayarkən, həkimlərdən, siyasətçilərdən, iqtisadçılardan müsahibələr alarkən tibbi vasitələrin çatışmazlığı səbəbindən özlərini qoruya bilməyiblər və koronavirusa yoluxublar. (apa)