XƏBƏR LENTİ

20 Sentyabr 2020
19 Sentyabr 2020
18 Sentyabr 2020

Digər Xəbərlər

02 May 2020 - 22:39

TƏBİB ölkədə koronavirusla bağlı son vəziyyəti açıqladı- Statistika

Bu gün Azərbaycanda koronavirusla bağlı edilən testlərin sayı 5967-dir.

APA-nın məlumatına görə, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) məlumat yayıb. Ümumilikdə edilən testlərin sayı 152597-dir.

Qeyd edək ki, bu gün koronavirusa 40 yeni yoluxma aşkarlanıb. Ümumilikdə ölkədə koronavirusa yoluxma sayı 1894, ölüm sayı 25-dir. Virusa yoluxan 1411 nəfər sağalıb. Hazırda müalicəsi davam edən xəstələrin sayı 458-dir, onlardan 24-ü reanimasiyada, 8-i süni tənəffüs aparatına qoşulan xəstələrdir.