XƏBƏR LENTİ

19 Sentyabr 2020
18 Sentyabr 2020

Digər Xəbərlər

03 May 2020 - 09:17

Almaniyada koronavirus:yoluxanların sayı 162 mini ötdü

Almaniyada koronavirusdan ölənlərin sayı 6,6 min nəfərə çatıb.

Bu barədə Almaniya Səhiyyə Nazirliyinin strukturuna daxil olan və ölkədə COVID-19 xəstələrinin statistikasını aparan Robert Kox İnstitutu bildirib.

Məlumata görə, AFR-də ötən gün ərzində 74 nəfər koronavirusdan ölüb. Qeyd edək ki, bir gün əvvəl bu rəqəm 94 idi. Ölkədə pandemiya qurbanlarının ümumi sayı 6 649 nəfər təşkil edir.

İnstitut bildirib ki, pandemiya ərzində həkimlər 162 496 insanda koronavirus aşkarlayıblar. Ötən gün xəstələrin say artımı 793 nəfər təşkil edib.

Almaniyada koronavirusa yoluxan 130 mindən çox insan sağalıb.

Koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 212 ölkə və bölgədə qeydə alınıb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.  /Report