XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

03 May 2020 - 15:12

Qazaxda avtomobil dərəyə aşıb:xəsarət alanlar var

Qazax rayonunda üç nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Hadisə rayonun Çaylı kənd yolunda qeydə alınıb.

Belə ki, “VAZ” markalı avtomobil idarəetmədən çıxaraq dərəyə aşıb.

Qəza nəticəsində üç nəfər müxtəlif bədən xəsarətləri alıb.

Onlar Qazax Müalicə-Diaqnostika Mərkəzinə aparılıblar. Yaralılardan ikisinin vəziyyətinin ağır olduğu bildirilir. Hazırda onların şəxsiyyəti dəqiqləşdirilir.

Hadisənin təfərrüatları araşdırılır. /Report