XƏBƏR LENTİ

30 Noyabr 2020
29 Noyabr 2020
28 Noyabr 2020

Digər Xəbərlər

09 Mart 2016 - 18:00

AŞPA Azərbaycanda insan hüquqları üzrə yeni məruzəçi təyin edib

Alen Destekse

 

AŞPA-nın hüquq məsələləri və insan hüquqları komitəsi martın 7-də Parisdə keçirilən iclasda Azərbaycanda insan hüquqları üzrə yeni məruzəçi təyin edib.

AŞPA prezidenti olan Pedro Aqramuntun yerinə Belçikalı parlamentari Alen Destekse yeni məruzəçi olub, bu barədə turan.az-a AŞ-dakı mənbə bildirib.

Destekse insan hüquqları sahəsində ekspert kimi məşhurdur. Xüsusən, o, Ruanda soyqırımı haqqında kitabın müəllifidir. Destekse orada beynəlxalq qeyri-kommersiya təşkilatının missiyasında işləyib.

Qeyd edək ki, AŞPA-nın insan hüquqları üzrə məruzəçi institutu 2014-cü ilin iyununda vətəndaş cəmiyyəti fəallarının Azərbaycanda siyasi məhbuslar üzrə məruzəçi vəzifəsini bərpa etmək çağırışlarından sonra təsis edilib.

Xüsusən, 23 iyun 2014-cü ildə AŞPA bürosu “Azərbaycanın Avropa Şurasında sədrliyi: insan hüquqlarına hörmət nöqteyi-nəzərdən hansı addımlar atılır?” adlı qətnamə layihəsini təqdir edib. Bu qərar əsasında “Azərbaycanda siyasi məhbuslar haqqında qətnamə üzrə təklif” sənədi qəbul edilib.

Bu zaman ölkədə siyasi məhbuslar məsələsi baxılması üçün AŞPA-nın insan hüquqları komitəsinə təqdim edilib.