XƏBƏR LENTİ

23 Sentyabr 2020
22 Sentyabr 2020

Digər Xəbərlər

03 May 2020 - 21:03

“Türkiyədə koronavirusdan daha 61 nəfər ölüb” –Səhiyyə naziri açıqladı

Türkiyədə yeni növ koronavirusdan (COVID-19) bu gün daha  61 nəfər ölüb.

Bunu Səhiyyə naziri Fəxrəddin Qoca “Twitter” səhifəsində paylaşıb. Nazir qeyd edib ki, son 24 saatda 24001 şübhəli şəxs koronavirus testindən keçib, onlardan 1670-nin cavabı pozitiv çıxıb.

Türkiyədə yeni növ koronavirusdan indiyədək 3397 nəfər ölüb, 126045  nəfər bu infeksiyaya yoluxub, 63151 nəfəri isə müalicə olunub. Bu gün 4892 xəstə evə buraxılıb.

Fəxrəddin  Qoca bildirib ki, Türkiyədə ilk dəfə koronovirusdan müalicə olunub evə buraxılan xəstə sayı hazırda müalicə olunan xəstə sayını keçib.