XƏBƏR LENTİ

26 Sentyabr 2020
25 Sentyabr 2020

Digər Xəbərlər

04 May 2020 - 11:28

Gürcüstanda koronavirus:593 nəfər yoluxub, 223-ü sağalıb

Gürcüstanda yeni növ koronavirusa (COVID-19) yoluxanların sayı 593 nəfərə çatıb. 

Bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı “stopcov.ge” internet saytında bildirilib.

Qeyd olunub ki, qonşu ölkədə koronavirus  səbəbi ilə 4830 nəfər karantində saxlanılır, 521 nəfər isə stasionar şəraitdə müalicə olunur.

Həmçinin bildirilib ki, indiyədək virusa yoluxanlardan 223 nəfəri sağalıb, 9 nəfər isə dünyasını dəyişib.

Xatırladaq ki, Gürcüstanda yeni növ koronavirusa ilk yoluxma halı fevralın 26-da təsdiqlənib. Virusun sürətlə yayılmasının qarşısını almaq məqsədi ilə martın 21-də ölkədə fövqəladə vəziyyət rejimi elan edilib. (apa)