XƏBƏR LENTİ

28 Sentyabr 2020
27 Sentyabr 2020

Digər Xəbərlər

04 May 2020 - 12:28

Ukraynada koronavirus:ölənlərin sayı 300-ü ötdü

Ukraynada daha 418 nəfərdə koronavirus aşkarlanıb və bununla da ölkədə yoluxma faktlarının sayı 12 331-ə çatıb.

Bunu ölkənin Səhiyyə Nazirliyi açıqlayıb.

Bundan başqa, Şərqi Avropa ölkəsində virusdan ölənlərin sayı daha 15 nəfər artaraq 303 nəfərə yüksəlib.

İndiyədək Ukraynada 1 619 nəfər koronavirusdan sağalıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 212 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 3 566 000-i ötüb. Bunların 1 156 982 nəfəri sağalıb, 248 304 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib. (report)