XƏBƏR LENTİ

18 Sentyabr 2020

Digər Xəbərlər

04 May 2020 - 14:05

Kürdəmirdə ağır yol qəzası:ikisi uşaq olmaqla, 5 nəfər ölüb, 5 nəfər xəsarət alıb

Kürdəmir rayonu ərazisində baş verən yol qəzasında 4 nəfər ölüb, 7 nəfər yaralanıb.

Bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.

Bildirilib ki, yaralılar xəstəxanaya yerləşdirilib, hamısının vəziyyəti ağırdır.

***

Kürdəmirdə baş verən qəzada ölənlərin və xəsarət alanların kimliyi məlum olub.

Qəza nəticəsində 2 yaşlı Sabir Ceyhun oğlu Piriyev, 54 yaşlı Mehparə Kərim qızı Kərimova, 46 yaşlı Aygün Kərim qızı Kərimova, 12 yaşlı Qorxmaz Abbas oğlu Kərimov və Aylin Natiq qızı Həsənova dünyasını dəyişiblər.

“Nissan” markalı avtomobilin sürücü Ceyhun Piriyev və sərnişinləri – 34 yaşlı Şəfa Vaqif qızı Piriyeva, Reyhan Kərim qızı Kərimova, Arzu İsrayıl qızı Hətəmov və “Mercedes” markalı avtomobilin sürücüsü Abbas Kərimov müxtəlif xəsarətlərlə xəstəxanaya yerləşdiriliblər. 

***

Kürdəmirdə ölümlə nəticələnən ağır yol qəzası baş verib.

Hadisə bu gün Ağsu-Kürdəmir-İmişli avtomobil yolunun Kürdəmir rayonunu Sor-Sor kəndindən keçən hissəsində qeydə alınıb.

İmişli rayon sakini, 1966-cı il təvəllüdlü Abbas Kərim oğlu Kərimovun idarə etdiyi “Mercedes” markalı avtomobillə Kürdəmir rayon sakini, 1983-cü il təvəllüdlü Ceyhun Sabir oğlu Piriyevin idarə etdiyi “Nissan” markalı maşın toqquşub. 

Nəticədə 4 nəfər ölüb, 3 nəfər xəsarət alıb.

Xəsarət alanlar Kürdəmir Mərkəzi Rayon Xəstəxanaya yerləşdiriliblər.  

Faktla bağlı araşdırma aparılır. (apa)