XƏBƏR LENTİ

02 Oktyabr 2020
01 Oktyabr 2020

Digər Xəbərlər

04 May 2020 - 15:17

Polşada koronavirus:yoluxanların sayı 14 minə çatır

Polşada koronavirusdan ölənlərin sayı 683-ə çatıb.

“RİA Novosti” xəbər verir ki, bunu Polşanın Səhiyyə Nazirliyi açıqlayıb.

Bildirilib ki, Polşada son sutkada 244 yoluxma, 5 ölüm faktı qeydə alınıb.Yoluxanların sayı isə 13 937 olub. İndiyədək 4 095 pasiyent sağalaraq evə buraxılıb.

Polşada koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə xüsusi karantin rejimi tətbiq edilir.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 212 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 3 582 000-i ötüb. Bunların 1 160 124 nəfəri sağalıb, 248 567 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib. (report)