XƏBƏR LENTİ

02 Dekabr 2020
01 Dekabr 2020

Digər Xəbərlər

09 Mart 2016 - 20:29

Pensiyaçıların diqqətinə:DSMF sədri şikayətçiləri qəbul edəcək - Qrafik

Elman Mehdiyev

Dövlət Sosial Müdafiə Fondunun sədri Elman Mehdiyev 16 mart 2016-ci il tarixdə, saat 11:00-da Salyan şəhərindəki Heydər Əliyev Mərkəzində Salyan, Hacıqabul, Neftçala, Biləsuvar rayonlarının və  Şirvan şəhərinin sakinləri olan məcburi dövlət sosial sığorta ödəyiciləri və pensiyaçılar üçün qəbul keçirəcək.

Dövlət Sosial Müdafiə Fondunun İctimaiyyətlə əlaqələr sektorundan Strateq.az-a verilən məlumata görə, qəbula yazılmaq və əlavə məlumat almaq istəyən vətəndaşlar Dövlət Sosial Müdafiə Fondunun  [email protected] elektron poçt ünvanı, həmçinin aşağıdakı telefon nömrələri ilə əlaqə saxlaya bilərlər: 

Fondun Aparatında – (012) 434-12-34

Salyan rayon şöbəsində – (02125) 5-50-61

Şirvan şəhərinin şöbəsində – (02121) 5-10-22 

Haciqabul rayon şöbəsində – (02120) 4-41-31

Neftçala rayon şöbəsində – (02126) 3-34-00     

Biləsuvar rayon şöbəsində – (02529) 5-00-22 

Qəbulda iştirak edəcək vətəndaşların martın 16-da Fondun müvafiq rayon şöbələrinin inzibati binasının qarşısından xüsusi ayrılmış nəqliyyatla qəbulun keçiriləcəyi ünvana aparılıb-gətirilmələri təmin olunacaq.