XƏBƏR LENTİ

26 Sentyabr 2020
25 Sentyabr 2020

Digər Xəbərlər

05 May 2020 - 13:19

Sabah hava necə olacaq? –Proqnoz

Mayın 6-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman, çiskin olacağı,  gecəyə doğru isə yağış yağacağı gözlənilir. Şimşək çaxacağı ehtimalı var. Cənub-şərq küləyi əsəcək.

Strateq.az ETSN-ə istinadla bildirir ki, sabah havanın temperaturu  gecə 16-19° isti, gündüz  21-26° isti olacaq. Bakıda  gecə 17-19° isti, gündüz  24-26° isti olacaq. Atmosfer  təzyiqi normadan aşağı 756 mm civə sütunundan 752 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-80 %, gündüz  40-45 % olacaq.

Tibbi-meteoroloji proqnoza gəlincə, mayın 6-da Abşeron yarımadasında mülayim xəzri küləyinin üstünlüyü gözlənilir ki, bu da əksər meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dağətətyi rayonlarda dolu düşəcəyi ehtimalı var. Gecə və səhər saatlarında duman olacaq. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 14-18° isti, gündüz 23-28° isti, dağlarda gecə 3-8° isti, gündüz 11-16° isti olacaq.