XƏBƏR LENTİ

26 Sentyabr 2020
25 Sentyabr 2020

Digər Xəbərlər

05 May 2020 - 16:13

Türkiyədə ali məktəblərin iyunun 15-də açılması planlaşdırılır –Açıqlama

Türkiyədə ali məktəblər iyunun 15-də açıla bilər.

Bu barədə Yüksək Öyrənim Qurumu (YSK) açıqlama yayıb.

Açıqlamada bildirilib ki, dövlətin aidiyyəti qurumları iyunun 1-də pandemiyanın nəzarət altına alındığını və yoluxma sayında azalma olduğunu bəyan edərsə, ali məktəblərdə normallaşma prosesinə başlanacaq. Bu proses mərhələli şəkildə olacaq.

Qeyd edək ki, yeni növ koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar bu il martın 15-də Türkiyədə bütün təhsil müəssisələrinin fəaliyyəti dayandırılıb/APA.