XƏBƏR LENTİ

27 Sentyabr 2020

Digər Xəbərlər

05 May 2020 - 18:40

TƏBİB:"Koronavirusa yoluxma daha çox "narıncı" bölgələrdə olub"

“Bu gün koronavirusa yeni yoluxma sayı 76-dır. Amma burada hansı bölgədə daha çox yoluxma olduğunu deyə bilmərəm”.

Bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında TƏBİB-in şöbə müdiri Yaqut Qarayeva bildirib.

Onun sözlərinə görə, yoluxma həm Bakıda, həm də regionlarda qeydə alınıb: “Qeyd edim ki, yoluxma daha çox “narıncı” adlandırdığımız yerlərdə olub. Əgər “narıncı” zonaya aid hansısa yerdə azalma olarsa, “sarı” zonaya daxil ediləcək. Ya da əksinə, “sarı” zona adlandırdığımız bölgələrdə də yenidən virusa yoluxma statistikası artarsa, yenidən karantin rejimi sərtləşdirilə bilər”.

APA