XƏBƏR LENTİ

25 Sentyabr 2020
24 Sentyabr 2020

Digər Xəbərlər

05 May 2020 - 19:37

AVRO-2020-nin finalına alınmış biletlərin pulları geri qaytarılır –Açıqlama

AVRO-2020-nin final mərhələsinin oyunlarını izləmək üçün bilet əldə edən azarkeşlər bu gündən etibarən pullarını geri ala bilərlər.

Bu barədə UEFA-nın rəsmi saytı xəbər yayıb.

Bildirilib ki, bunun üçün qurumun saytında müvafiq prosedurları tamamlamaq lazımdır.

Daha əvvəl alınan biletlərin 2021-ci ildəki turnir üçün etibarlı olacağı vurğulanıb.

Qeyd edək ki, Avropa çempionatı 2021-ci il 11 iyun – 11 iyula təxirə salınıb. AVRO-2020-nin təqviminə əsasən, A qrupunun 3 (İsveçrə – Uels, Türkiyə – Uels və Türkiyə – İsveçrə), 1/4 final mərhələsinin isə 1 oyunu Bakı Olimpiya Stadionunda keçirilməlidir. Qrupun digər oyunları isə Romada İtaliya yığmasının iştirakı ilə nəzərdə tutulub/Report.