XƏBƏR LENTİ

25 Sentyabr 2020

Digər Xəbərlər

05 May 2020 - 22:31

Baş infeksionist:“Kvemo Kartli bölgəsi xüsusi diqqətdə saxlanılır”

“Gürcüstanda koronavirusla bağlı 15-ə yaxın klaster var ki, onların da əksəriyyəti Kvemo Kartli (Borçalı) bölgəsinin payına düşür”.

Bunu Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin rəhbəri, baş infeksionist Amiran Qamkrelidze bildirib.

Onun sözlərinə görə, bölgədə COVID-19-a 198 yoluxma halı qeydə alınıb: “Bu gün epidemioloqlar Kvemo Kartli bölgəsinə, xüsusən də Marneuli, Bolnisi və Tetritskaro rayonlarına xüsusi diqqət yetirirlər. Ölkədə ümumi yoluxma hallarının 33%-i məhz bu bölgədə təsdiqlənib”.

Baş infeksionist qeyd edib ki, bölgədə koronavirusla bağlı şübhəli halların tez bir zamanda müəyyən edilməsi üzrə işlər gücləndiriləcək/Report.