XƏBƏR LENTİ

29 Sentyabr 2020
28 Sentyabr 2020

Digər Xəbərlər

05 May 2020 - 23:05

UEFA rəsmisi:"Avrokuboklarla bağlı alternativ ssenarilərimiz var​​​​​​​"

“Avropada koronavirusla bağlı vəziyyəti diqqətlə izləyirik”.

Bunu qurumun Milli assosiasiyalar departamentinin prezidenti Duşan Lakoviç “Football Italia” nəşrinə açıqlamasında avrokubokların mümkün bərpası barədə danışarkən deyib.

O bildirib ki, UEFA-nın Çempionlar Liqası və Avropa Liqasını başa çatdırmaq üçün müxtəlif variantları var: “Bütün federasiyalar və klublar üçün açıqladığımız hazırkı ssenari turnirlərin avqustda davam etməsi və ayın sonunda keçiriləcək final oyunlarıdır. Bu, qüvvədə qalır, onun əsasında işləyirik. Ümid edirik ki, dəyişiklik olmayacaq, amma bu halda alternativ ssenarilərimiz də var. Məqsədimiz mövsümü bitirməkdir”.

Qeyd edək ki, UEFA avrokubokları martın 13-də dayandırıb/Report.